Geri

FHN Akademiyasının “Ümummilli lider Heydər Əliyevin irsini öyrənirik” məktəbinin xüsusi məşğələsi ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub

Mayın 2-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Akademiyanın “Ümummilli lider Heydər Əliyevin irsini öyrənirik” məktəbinin xüsusi məşğələsi çərçivəsində keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və FHN-in struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Mərasimdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb, ulu öndərin dövlət müstəqilliyinin qorunub saxlanılması, ordu quruculuğu, respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə misilsiz fəaliyyətindən bəhs edib. “Heydər Əliyev irsində Vətən sevgisi, azərbaycançılıq, xalq, millət sevgisi, insanın Vətəninə, xalqına, dövlətinə sədaqət hissi mühüm yer tutur. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması, hər bir gəncdə azərbaycançılıq ideologiyasının formalaşdırılması, gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunması ən vacib şərtlərdən biridir”, – deyə natiq vurğulayıb. Akademiyanın rəisi deyib ki, ölkəmizin hər yerində olduğu kimi, akademiyada da xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbirlər keçirilir və bu tədbirlər davam etdiriləcək.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxışında ümummilli lider Heydər Əliyevin özündən sonra böyük bir irs qoyduğunu deyib: “O insanlar tarixi şəxsiyyət statusu ala bilirlər ki, onlar keçid mərhələlərində mühüm qərarlar qəbul edirlər. Heydər Əliyev də belə şəxsiyyət idi. Nə qədər Azərbaycan müstəqil dövlət kimi mövcuddursa, Heydər Əliyev də tariximizdə yaşayacaqdır”.

Ümummilli liderimizin Azərbaycanın işıqlı gələcəyinə yönəlmiş ideyalarının bu gün də yaşadığını deyən millət vəkili vurğulayıb ki, sovetlər dövründə Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi vaxtlarda respublikanın sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirib və böyük işlər görüb, Azərbaycan üçün hərbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atıb. Bildirilib ki, sovet dövründə Heydər Əliyev təhlükəsizlik sektorunda çalışsa da azərbaycançılıq siyasəti yürüdüb, DTK-ya rəhbərlik etdiyi dövrlərdə bu strukturun mili kadrlarla komplektləşdirilməsinə diqqət yetirib, respublikaya rəhbərlik etdiyi dönəmlərdə Azərbaycanın sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirib və Azərbaycanda sənayeləşmə proqramı həyata keçirib: “Heydər Əliyev azərbaycanlıların assimilyasiyasının qarşısını alıb, Azərbaycan üçün hərbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atıb, hakimiyyətdə olduğu dövrlərdə milli ruhlu insanların təqib olunmasının qarşısını alıb”. Ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyində gördüyü işlərdən danışan deputat üçrəngli bayrağın ilk dəfə Naxçıvanda dövlət bayrağı olaraq qəbul edildiyini qeyd etmişdir. Millət vəkili qısa zaman kəsiyində Heydər Əliyevin ölkədə iqtisadi stabillik yaratdığını, asayişi bərpa etdiyini, Azərbaycanı təcrid vəziyyətindən çıxardığını, ordunu möhkəmləndirdiyini bildirib. Qeyd olunub ki, Azərbaycanın çağdaş tarixi dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşəriyyətin yetişdirdiyi böyük tarixi şəxsiyyətlərdəndir.

Tədbirdə akademiyanın Tələbə Gənclər Təşkilatının “Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu, Vətənə olan məhəbbəti, ona ürəkdən bağlılığı biz gənclərə örnəkdir!” devizi altında 2013/2014-cü tədris ilinin ümummilli lider Heydər Əliyevə həsr edilərək “əla” və “yaxşı” qiymətlərlə başa vurulması barədə kursantlara müraciəti oxunub. Akademiyanın Elmi Şurası tərəfindən dəstəklənən müraciətdə deyilir: “Biz Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantı kimi elə bir məsuliyyətli, çətin və şərəfli ixtisas seçmişik ki, hər zaman, hər vaxt dövlətimizin və xalqımızın ən mürəkkəb vəziyyətlərində ona kömək və yardım etməyə hazır olmağımızı dərk etməliyik... Həyatda əsl şəxsiyyət kimi yaşamağı, təhsil almağı, xidmət etməyi ulu öndərimiz Heydər Əliyevdən öyrənməklə böyük uğurlara imza atacağıq. Bunun üçün isə Heydər Əliyev irsini bundan sonra da dərindən öyrənməyimiz və bilməyimiz vacibdir”.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib (video, foto)

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında meşə və meşəətrafı zonada baş vermiş yanğın söndürülüb....

Ardını oxu