Geri

AMEA-nın Mərkəzi Elmi Kitabxanası Fövqəladə Hallar Nazirliyində “Heydər Əliyev irsi və onun tədqiqi” adlı kitab sərgisi təşkil etmişdir

Mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası  Fövqəladə Hallar Nazirliyində Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə kitab sərgisi keçirmişdir. “Heydər Əliyev irsi və onun tədqiqi” adlanan tədbirdə fövqəladə hallar nazirinin müavinləri general-leytenant Etibar Mirzəyev, tibb xidməti general-leytenantı Faiq Tağı-Zadə, nazirliyin struktur bölmələrinin rəhbərləri və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının məsul şəxsləri iştirak etmişdir.

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirilən kitab sərgisinin açılışında çıxış edən Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli bildirib ki, Mərkəzi Elmi Kitabxananın əsas fəaliyyət istiqamətlərindən biri Heydər Əliyev irsinin tədqiqi və təbliğidir. Bu məqsədlə, 2003-cü ildə Mərkəzi Elmi Kitabxanada “Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası” yaradılıb. Ötən müddət ərzində kitabxananın elmi fəaliyyəti genişlənib, fondun həcmi artıb, xidmət səviyyəsi yüksəlib. Kitabxanada “Heydər Əliyev irsinin təbliği” şöbəsi təşkil olunub. Kitabxana direktorunun sözlərinə görə, bu işlər Heydər Əliyevin zəngin irsini tədqiq edən alimlərə, Azərbaycanın tərəqqisində ulu öndərin fəaliyyətini öyrənən mütəxəssislərə, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına xidmət edir. O da vurğulanıb ki, sərgidə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, onun respublikanın sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində apardığı ardıcıl, məqsədyönlü siyasəti, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətlərini əks etdirən xeyli sayda kitab nümayiş etdirilir.

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev sərginin təşkilinin əhəmiyyətini vurğulayaraq kitablarla tanışlığın FHN-in gənc əməkdaşlarında ulu öndər Heydər Əliyev barədə daha geniş təəssüratlar yaradacağına əminliyini ifadə edib. Hərtərəfli biliyə malik olan ümummilli liderin mütaliəni çox sevdiyini və kitablara yüksək dəyər verdiyini deyən nazir müavini, ulu öndər Heydər Əliyevin gələcək nəsillərə zəngin bir irs miras qoyduğunu, bu irsin öyrənilməsinin vacibliyini dövlətçiliyimizin tarixinin öyrənilməsi qədər əhəmiyyətli olduğunu önə çəkib. Etibar Mirzəyev ümummilli liderin şərəfli həyat yolu və zəngin dövlətçilik təcrübəsi barədə danışaraq həm sovetlər dövründə, həm də  müstəqllik illərində Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının inkişafı yolunda atdığı tarixi addımlardan danışıb. Ümummilli liderin digər sahələrdə olduğu kimi təbii və texnogen xarakterli fəlakətlərdən əhalinin etibarlı mühafizəsinin  təşkili istiqamətində mühüm işlər gördüyünü xatırladan nazir müavini deyib ki, Azərbaycana rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev ölkəmizə müasir xilasetmə texnika və avadanlıqlarının alınmasını, xilasedici mütəxəssislərin hazırlanmasını daim diqqət mərkəzində saxlayıb, bu sahədə mühüm qərarlar qəbul edib: “Bu gün Fövqəladə Hallar Nazirliyinin hər bir əməkdaşının fəaliyyətində əsas devizə çevrilmiş “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, – deyə ulu öndər bir qayda olaraq, miqyaslı fövqəladə hal baş verən əraziyə şəxsən özü gedər, hadisə yerində mövcud vəziyyətlə tanış olar, hadisə ilə bağlı yaradılan qərargahlara şəxsən başçılıq edərdi. Heydər Əliyev ən çətin şəraitdə, ən ekstremal vəziyyətlərdə düzgün çıxış yolu taparaq, zəruri qüvvələri, həmçinin, çoxlarının görə bilmədiyi imkanları səfərbər edərək problemin həllinə nail olurdu”. Nazir müavini elə bu səbəbdən də Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Sonra tədbir iştirakçıları sərginin eksponatları və nümayiş olunan ədəbiyyatlarla tanış olublar. Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film də nümayiş olunub.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib (video, foto)

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında meşə və meşəətrafı zonada baş vermiş yanğın söndürülüb....

Ardını oxu