Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

21 may 2013-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikası və Gürcüstan arasında dostluq əlaqələrinin sürətli inkişafından söhbət açaraq hər iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi perspektivləri haqqında danışmışdır. Nazir, həmçinin, görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Qonaq, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüş zamanı imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikasının Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin azaldılması, məhdudlaşdırılması və qarşısının alınması sahələri üzrə əməkdaşlığa dair Saziş” layihəsi də müzakirə edilmişdir.

Görüşün sonunda nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olmuş və mərkəzin fəaliyyəti ilə yaxından tanış olmuşdur.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib (video, foto)

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında meşə və meşəətrafı zonada baş vermiş yanğın söndürülüb....

Ardını oxu