Geri

Fövqəladə Hallar Nazirliyində ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib

Mayın 10-da Fövqəladə Hallar Nazirliyində ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

Əvvəlcə, Nazirliyin kollektivi Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək, ulu öndərin məzarı önünə əklil və gül-çiçək dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.

Təntənəli mərasim açıq elan edildikdən sonra Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin Multi-media Mərkəzi tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar hazırlanan "Sən elə bir zirvəsən..." sənədli filmi nümayiş olunub.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusunun həyat yolundan, tarixi xidmətlərindən danışıb. Azərbaycanın siyasi, iqtisadi inkişafı, cəmiyyət və dövlət həyatının bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən bəhs edib. Nazir deyib ki, Azərbaycanın müasir tarixinin böyük, həm də şərəfli bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin çoxşaxəli fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz, şərəfli bir hissəsini təşkil edir. Onun həyatı hər bir azərbaycanlı üçün əsl məktəbdir. Nazir belə bir məqama toxunub ki, istər keçmiş sovetlər dönəmində təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığı, istər 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə, eyni zamanda keçmiş Sovetlər İttifaqında rəhbər vəzifələrdə fəaliyyət göstərdiyi illərdə, istərsə də ağrı-acılı müstəqillik illərində müdrik uzaqgörənliyi, böyük idarəçilik qabiliyyəti, təşkilatçılıq bacarığı ilə Azərbaycanı sözün böyük mənasında ayağa qaldırıb, qurub-yaradıb, onun iri addımlarla irəliləməsini təmin edib. Bildirib ki, ulu öndər Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq hər bir azərbaycanlının təhlükəsizliyinin təminatı, baş verə biləcək təbii və texnogen halların aradan qaldırılması istiqamətində mühüm qərarlar qəbul edib, müvafiq işlər görüb. Heydər Əliyev müstəqillik illərində də Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminatı məsələsini daim diqqət mərkəzində saxlayıb. Azərbaycanda fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması ideyası ilə çıxış edən ulu öndər Heydər Əliyev, həyata keçirilməsi vacib olan təxirəsalınmaz vəzifələri müəyyənləşdirib. Hökumətin fövqəladə hallara hazırlıq məsələsini gündəliyə gətirərək, müdrik uzaqgörənliklə Azərbaycanda yaradılmasını nəzərdə tutduğu qurumun əsas istiqamətlərini bəyan edib.

“Bu gün müstəqil Azərbaycanın öz inkişafının intibah və tərəqqi dövrünü yaşayır”, - deyən Kəmaləddin Heydərov ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hazırda dünyada ən sabit, sosial-iqtisadı cəhətdən sürətlə inkişaf edən, liderliyini qoruyub saxlayan ölkəyə çevrildiyini qeyd edib.

Çıxışının sonunda nazir Kəmaləddin Heydərov əminliklə söyləyib ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcəkdir.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışında Heydər Əliyevin hər zaman Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması, mövcud fövqəladə halların qarşısının alınması sahəsində düşünülmüş addımlar atdığını, gördüyü hər bir işin gələcəyə hesablandığını və sonrakı nəsillərə bir örnək olduğunu bildirib. Bildirib ki, Heydər Əliyevin ideyaları əsasında formalaşdırılan Fövqəladə Hallar Nazirliyi bu gün nəinki Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə baş verən təbii fəlakətlərin və digər fövqəladə halların aradan qaldırılmasında mühüm rol oynayır. Milli kadrların hazırlanmasında nazirliyin bütün strukturlarının, xüsusilə də Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bütün lazımi avadanlıqlar və vəsaitlərlə təchiz olunduğunu vurğulayıb. Mərasim bədii hissə ilə davam etdirilib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib (video, foto)

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında meşə və meşəətrafı zonada baş vermiş yanğın söndürülüb....

Ardını oxu