Geri

“Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans başa çatmışdır

Qəbələ şəhərində keçirilən “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans başa çatmışdır.

Tədbir çərçivəsində Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi

Nəvaf əl-Sleibi Azərbaycan Respulikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən “Əməkdaşlığa görə” döş nişanı ilə təltif olunmuşdur. Baş katibə döş nişanını Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov təqdim etmişdir. Həmçinin, nazir Kəmaləddin Heydərov Beynəlxalq Mülki Müdafiə Təşkilatının birinci dərəcəli “Komandor” medalı ilə təltif olunmuşdur.

Konfrans çərçivəsində 13 mart 2013-cü il tarixində tədbir iştirakçıları Bakıda Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişlər. Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmiş, həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmış, məzarı önünə gül dəstələri qoyulmuşdur. Daha sonra Şəhidlər Xiyabanına gələn konfrans iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş və məzarları üzərinə tər çiçəklər düzmüşlər.

Daha sonra Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələrinin iştirakı ilə yer, hava və dəniz komponentləri üzrə genişmiqyaslı “Xəzər-2013” taktiki təlimi keçirilmişdir.

Qonaqlar əvvəlcə nazirliyin xüsusi xilasetmə avadanlıqları, texnikaları və xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olmuş və “Xəzər-2013” taktiki təlimini izləmişlər. Təlimdə Fövqəladə Hallar Nazirliyinin qurumlarının canlı qüvvə və texniki vasitələri iştirak etmişdir.

Təlimi Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi, konfransda iştirak edən müxtəlif ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumlarının nümayəndələri, Azərbaycandakı diplomatik korpusun təmsilçiləri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev, səhiyyə naziri Oqtay Şirəliyev, Müdafiə və Daxili İşlər nazirliklərinin yüksək rütbəli zabit heyəti izləmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Quzanlı qəsəbəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Gəncədə maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Gəncə” MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının sakinlərinin iştirakı ilə yanğına qarşı maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Lənkəran rayonunun Balıqçılar qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirilmə tədbiri keçirib. ...

Ardını oxu