Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılığı ilə nazirliyin nümayəndə heyəti Qətər Dövlətində səfərdə olmuşdur

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 11 noyabr 2013-cü il tarixində Qətər Dövlətində işgüzar səfərdə olmuşdur. Səfərin həyata keçirilməsində məqsəd Qətər Dövlətinin Daxili İşlər Nazirliyi tərəfindən təşkil edilmiş IV Mülki Müdafiə sərgi və konfransında iştirak olmuşdur.

Konfrasda iştirak edən Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti tədbir çərçivəsində təşkil edilmiş eyni adlı sərgidə mülki müdafiə avadanlıqları ilə yaxından tanış olmuşdur.

    Səfər çərçivəsində, həmçinin, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri cənab Şeyx Abdullah bin Naser bin Xəlifə Əl-Tani arasında görüş keçirilmişdir. Görüşdə təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ətrafında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

  Xəbər verildiyi kimi, Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu