2012-ci ilin may ayında ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən kompleks tədbirlər davam etdirilir.
Yanvarın 7-də Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsinə səfər edib, işlərin gedişi ilə maraqlanıb, bir sıra məktəb və yaşayış evlərinin istifadəyə verilməsi mərasimlərində iştirak edib.
Əvvəlcə zəlzələdən zərər çəkən Balakən rayonunun Katex kəndində olan nazir Kəmaləddin Heydərov yenidən inşa edilən 300 yerlik Qarahacılı kənd tam orta məktəbinin açılışında iştirak edib, yeni inşa edilmiş 16 evin açarlarını kənd sakinlərinə təqdim edib. Sonra Zaqatalanın Danaçı kəndində 500 şagird yerlik 2 nömrəli tam orta məktəbin açılışına qatılan nazir, həmçinin, yeni tikilən 50 mənzilin açarlarını kənd sakinlərinə təqdim edib. Daha sonra K. Heydərovun iştirakı ilə Qax rayonunun Qarağan kəndində 220, Dəymədağlı kəndində isə 120 yerlik yeni məktəb binalarının açılışı olub. Fövqəladə hallar naziri Şəki şəhərində 14 və 12 saylı tam orta məktəblərin açılışlarında da iştirak edib.
Xəbər verildiyi kimi, 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq......
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxuXəbər verildiyi kimi, dünən axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir....
Ardını oxu