Nazir, ilk növbədə, cənab Bruku Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Daha sonra nazir Fövqəladə Hallar Nazirliyi (FHN) və onun tabeliyində olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat vermiş, həmçinin, FHN ilə BMT-nin müvafiq qurumları arasındakı ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə etmiş və əməkdaşlıq imkanlarından geniş istifadə olunmasının zəruriliyini qeyd etmişdir.
Qonaq, öz növbəsində, səmimi qəbula görə təşəkkür edərək aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir.
Həmçinin, görüş zamanı FHN ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında imzalanmış “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsinin icrasının gedişatı ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur.
7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu4 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. ...
Ardını oxu