6-8 sentyabr 2012-ci il tarixlərində Litva Respublikasının daxili işlər naziri Arturas Melianasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Səfər çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Litva Respublikasının daxili işlər naziri Arturas Melianasın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Görüş zamanı “Azərbaycan Respublikası Höküməti və Litva Respublikası Höküməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” imzalanmışdır.
Eyni zamanda, Litva Respublikasının daxili işlər naziri Arturas Melianas Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunlarının komandanlığı, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti və Nazirliyin Akademiyasının fəaliyyəti ilə tanış olmuşdur.
28 noyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilən Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimi keçirilib. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxuÖtən gün səhər saatlarından başlayaraq əsən güclü külək Bakı şəhərində bir sıra fəsadlar törədib. Həmin fəsadların dərhal aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilib. ...
Ardını oxu