Geri

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində müşavirə keçirilmişdir

Sentyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində ölkədə lisenziya almış tikinti təşkilatlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirədə respublikada tikinti sektorundakı vəziyyət, lisenziyalaşdırma, bu sahədə qanunvericiliyin tələblərinə əməl olunması, problemlər və perspektiv məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılmışdır.

Tədbirdə çıxış edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti sayəsində ölkəmizin ciddi nailiyyətlər qazandığını, bunun nəticəsi olaraq tikinti sektorunda da sürətli inkişafa nail olunduğunu vurğulamışdır. O, ölkə ərazisində, o cümlədən Bakı şəhərində geniş vüsət almış tikinti işlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin vacibliyinə toxunaraq, tikinti obyektlərində rast gəlinən çatışmazlıqlardan, həlli vacib məsələlərdən danışmış, bu sahədə təkliflərini dilə gətirmişdir.

Müşavirədə tikinti şirkətlərinin rəhbərlərinə bildirilmişdir ki, obyektlərdə tikinti işlərinin başlanılması yalnız onun layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması və dövlət ekspertizasından keçirilməsindən və qanunvericiliyin digər tələblərinə riayət olunduqdan sonra mümkündür. Bundan başqa, bir çox hallarda seysmik zonalarda tikinti işlərinə başlamazdan əvvəl bərkitmə işlərinin aparılmaması, eyni zamanda, işlərin sürətlə başa çatdırılması məqsədilə həyata keçirilən tikinti işləri zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsinin obyektlərin keyfiyyətsiz inşası və gələcək istismarının təhlükəliliyinə səbəb olduğu bildirilmişdir.

Eyni zamanda, müşavirə iştirakçılarının nəzərinə çatdırılmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi” qəbul edilmiş və onun təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 13 sentyabr 2012-ci il tarixli 246s nömrəli Sərəncamı ilə aidiyyəti dövlət orqanları, o cümlədən Fövqəladə Hallar Nazirliyinə müvafiq tapşırıqlar verilmiş və bununla bağlı lazımi tədbirlər həyata keçirilməkdədir.

Digər məlumatlar

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi təhlükəli avtokranın fəaliyyətini dayandırıb (video, foto)

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 88 ünvanında yerləşən doqquzmərtəbəli və Nizami rayonu, Qara Qarayev prospekti, 105 ünvanında yerləşən onyeddimərtəbəli yaşayış binalarının liftlərində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN-in helikopterləri vasitəsilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb (video, foto)

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb. ...

Ardını oxu