Geri

FHN nümayəndə heyəti Gürcüstanda keçirilən “Gürcüstan 2012” təlimində iştirak edir

24 sentyabr 2012-ci il tarixində NATO-nun Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzinin (EADRCC) və Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların idarə olunması Departamentinin təşkilatçılığı altında “Gürcüstan 2012” adlı təlimə start verilmişdir. Təlimin keçirilmısində əsas məqsəd NATO-ya üzv və tərəfdaş ölkələr arasında fövqəladə hadisələr zamanı birgə və səmərəli fəaliyyətin təşkil olunmasıdır. Təlim 28 sentyabr 2012-ci il tarixinədək davam edəcəkdir.

“Gürcüstan 2012” təliminin ssenarisi Gürcüstanın mərkəzi ərazisində Tbilisidən 35 km cənubda Kvemo Kartli regionunda Rixter şkalası ilə 6,8 bal gücündə zəlzələnin törətdiyi fəsadların aradan qaldırılmasından ibarətdir.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin 60 nəfər şəxsi heyəti axtarış-xilasetmə, kimyəvi, bioloji, radioloji, nüvə və tibb xidməti üzrə əməliyyatları həyata keçirəcəkdir.

Tədbirdə Azərbaycanla yanaşı, NATO-ya üzv və tərəfdaş dövlətlərin komandaları, həmçinin, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının plenium iclası keçirilib

3 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat-pleniumu keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu