Geri

FHN nümayəndə heyəti Avstriya Respublikasında rəsmi səfərdə olmuşdur

17-18 sentyabr 2012-ci il tarixlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti Avstriya Respublikasında rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində nazir Kəmaləddin Heydərov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının 56-cı sessiyasında iştirak etmişdir.

Səfər zamanı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Avstriya Respublikasının federal daxili işlər naziri xanım Johanna Mikl-Leitner arasında görüş keçirilmişdir. Görüşdə hər iki ölkənin fövqəladə halların idarə edilməsi üzrə müvafiq dövlət qurumları arasındakı mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, Kəmaləddin Heydərov tanışlıq məqsədilə Avstriya Respublikası Daxili İşlər Nazirliyinin Böhranların Əlaqələndirilməsi Mərkəzində, Federal Təhlükəsizlik Akademiyasında və Vyana Yanğından mühafizə Briqadasında olmuşdur.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

Daha bir tibb müəssisəsində çatışmazlıqlarla bağlı rentgen-müayinə fəaliyyəti dayandırılıb (foto)

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. ...

Ardını oxu