Geri

FHN-in Akademiyasında yeni tədris ilinin başlanması təntənə ilə qeyd olunmuşdur

 Sentyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar mərasim keçirilmişdir.

Mərasimdən əvvəl Akademiyanın şəxsi heyəti Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşlar. Ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı da ziyarət edilmiş, şəhid məzarlarının üzərinə tər qərənfillər düzülmüşdür.

Akademiyada yeni tədris ilinin başlanması ilə əlaqədar şəxsi heyətin təntənəli mərasimə düzüldüyü haqqında Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini tibb xidməti general–leytenantı Faiq Tağı-zadəyə raport verildikdən sonra mərasim açıq elan edilmişdir. Azərbaycanın Dövlət himni ifa edilmiş, Dövlət bayrağımız meydana gətirilmişdir.

Mərasimdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi
general-mayor Pənah Süleymanov Akademiyaya yeni qəbul olunmuş kursantları təbrik etmiş, respublikamızın fövqəladə halların idarə edilməsi üzrə yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasında bu təhsil müəssisəsinin əhəmiyyətli rolu olduğunu vurğulamışdır. Akademiyanın rəisi  təhsil müəssisəsində yaradılan şəraitə görə şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür etmişdir.

Tədbirdə kursantlar adından Fövqəladə Hallar Nazirliyinin Akademiyasının IV kurs kursantı Adil Yaqubzadə, valideynlər adından Səyyad Əhmədov çıxış etmişdir.

Sonra Akademiyaya yeni qəbul olunmuş kursantlardan bir qrupuna Akademiyanın IV kurs kursantları kursant paqonlarını və çantalarını təqdim etmişlər.

Sonra kursantlar təntənəli marşın sədaları altında tribunanın önündən keçmişlər.

Mərasimin sonunda kursantlar tərəfindən yanğınsöndürmə avtomaşını ilə açılış, alpinist və qəza-xilasetmə əməliyyatları nümayiş etdirilmişdir.

 

 

 

 

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Xətai Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Xətai Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin növbəti taktiki-xüsusi təlimi keçirilib (video, foto)

23-25 noyabr 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. ...

Ardını oxu