Geri

"Gənc xilasedici və yanğınsöndürən" yarışlarına yekun vurulmuşdur

İyunun 30-da Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi ilə respublika məktəbliləri arasında keçirilən "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının final mərhələsinə  yekun vurulmuşdur. Qəbələ şəhərində quraşdırılmış çadır düşərgəsində  yarışın final mərhələsində ölkəmizin müxtəlif bölgələrində keçirilmiş zona yarışlarında ilk iki yeri tutan 19  şəhər və rayonun komandası qalib adı uğrunda mübarizə aparmışdır.

Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin  hərbi vətənpərvərlik tərbiyəsinin və fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanması və sağlıam həyat tərzinin təbliğidir.

Final mərhələsinin açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərov, təhsil naziri Misir Mərdanov və digər çıxış edənlər  yarış iştirakçılarını  salamlamış, gənclərin  fövqəladə hallar zamanı davranış qaydalarına yiyələnmələrinin vacibliyini qeyd etmiş, yeniyetmələrin bir vətəndaş kimi formalaşmasında bu cür yarışların əhəmiyyətindən danışmışlar.

Açılışdan sonra yarışlara start verilmişdir. Komandalar  “Maneələr zolağı”, “Kombinəedilmiş yanğın estafaeti”, “Komandaların təqdimatı”, “Axtarış-xilasetmə işi”, “Suda xilasetmə”, “Yaşam marşrutu”, “Divar qəzeti” və “Hərbi vətənpərvərlik” mövzusunda mahnı müsabiqəsi  üzrə qüvvə və bacarıqlarını nümayiş etdirmişlər.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışlarda birinci yeri  Siyəzən,  ikinci  yeri Şuşa , üçüncü yeri isə  İsmayıllı rayonunun komandaları tutmuş, qaliblər  fəxri fərman və  qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.Eyni zamanda  finala vəsiqə qazanmış və müxtəlif mərhələlərdə fərqlənən bütün komandalara fəxri fərman və  hədiyyələr təqdim edilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

  Xəbər verildiyi kimi, Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu