Zəlzələ bölgəsində olan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mayın 8-də jurnalistlərə müsahibəsində zəlzələ nəticəsində ciddi zərər çəkmiş evlərin yenidən tikiləcəyini, təmirə ehtiyacı olanlarda isə bərpa-bərkitmə işlərinin aparılacağını bildirmişdir: “Artıq dünəndən başlayaraq fəaliyyət göstərən komissiyalar Zaqatala, Balakən, Qax rayonlarının zəlzələnin daha çox təsirinə məruz qalan kəndlərində işləyirlər. Mayın 7-si axşam saat 19.22-də baş vermiş sonuncu güclü yeraltı təkandan sonra əvvəlki təkanlarda qismən ziyan görmüş evlərin böyük əksəriyyəti uçmuş və ya qəzalı vəziyyətə düşmüşdür. Bu saata olan məlumata görə, artıq 524 tikili uçmuş, 2235 tikili qəzalı vəziyyətə düşmüşdür".
Nazir baş verən təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşən insanların keçirdiyi hissləri yaxşı başa düşdüyünü deyərək, artıq FHN tərəfindən evlərə çadırlar paylanıldığını vurğulamışdır: “Biz maksimum çalışırıq ki, bütün ailələri çadırlarla təmin edək ki, həmin evlərin tikilməsi zamanı ailələr çöldə, bayırda qalmasınlar”.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ciddi tapşırıqlar verildiyini bildirən Kəmaləddin Heydərovun sözlərinə görə, bu gün yəqin ki, evlərin tikilməsi ilə bağlı sərəncam imzalanacaqdır. Müəyyən qədər ilkin vəsait ayrılacaqdır: “Bu gün burada iştirak edən tikinti şirkətləri hansı kəndlərdə işləyəcəklərinin bölgüsünü aparmışlar. Artıq böyük həcmdə tikinti materialları yola salınmışdır. Tikinti şirkətləri maksimum qısa müddətdə tikinti işlərinə başlayacaqlar”.
Bu fəlakətin çox qısa zamanda aradan qaldırılacağına, insanların gözəl evlərdə yaşayacaqlarına əminliyini ifadə edən Kəmaləddin Heydərov, eyni zamanda, regionda yaşayan insanlardan ev tikərkən diqqətli olmağa, tikinti norma və qaydalarına əməl etməyə, təcrübədə sınaqdan keçmiş tikinti materiallarından istifadə etməyə, ərazimizin seysmik zonada yerləşdiyi üçün işlərini ehtiyatlı tutmağa çağırmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının tabeliyində olan hərbi hissələrin 2023-cü il üçün hazırlıq planlarına uyğun olaraq taktiki-xüsusi təlimlər keçirilib. ...
Ardını oxuFövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə FHN Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərində “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlim keçirilib. ...
Ardını oxu