7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 09:40-da Zaqatala rayonundan 17 km cənub-qərbdə episentrdəki gücü 7,0 bal olmuş zəlzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə bölgəsində fəaliyyət göstərməkdədir. 8 may 2012-ci il tarixində səhər saatlarından fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yenidən hadisə zonasına gəlmiş və yerli icra nümayəndələri ilə birgə zəlzələ bölgəsinə təkrar baxış keçirmişdir. Hazırda mütəxəssislərdən ibarət qruplar yerlərdə vəziyyətin öyrənilməsinə başlamışdır. Yaranmış vəziyyətin nəticələrinin qısa müddətə aradan qaldırılması məqsədi ilə eyni zamanda bölgəyə tikinti şirkətləri cəlb edilmişdir. Tikililərin vəziyyəti qiymətləndirildikcə yaxın 2-3 gün ərzində yeni evlərin tikintisinə və bərpa-gücləndirmə işlərinə başlanacaq.
Hazırda ehtiyacı olanlar üçün 500-ə yaxın çadır qurulmuşdur. Təxminən, daha 1000 çadırın qurulması nəzərdə tutulub.
Zaqatala, Balakən və Qax rayonlarında Fövqəladə Hallar Nazirliyinin operativ qərargahları yaradılmışdır. Qərargahlara daxil olan müraciətlərə dərhal reaksiya verilir. Müraciət üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya yerlərdə fəaliyyət göstərən qərargahlara zəng etmək olar.
Zaqatala rayonundakı qərargah: (012) 512 90 14, 512 90 08
Balakən rayonundakı qərargah: (0119) 5 12 19
Qax rayonundakı qərargah: (0144) 5 41 41
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubadlı rayonunun Məlikməmmədli kəndi ərazisində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Gəncə Regional Mərkəzinin iştirakı ...
Ardını oxu