Geri

FHN DYMX Dövlət Yanğından Mühafizə hissələrinin yeni inzibati binalarının açılışı olmuşdur

7 may 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala və Saatlı rayon Dövlət Yanğından Mühafizə hissələrinin, Sabirabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 114 saylı bölməsinin inzibati binalarının və yanğın depolarının açılışı olmuşdur.

İnşa edilmiş inzibati binalarda lazımi şərait yaradılmış, otaqlar yeni avadanlıq və zəruri mebellərlə təmin edilmiş, hissələrin texnika parkı müasirləşdirilərək ən müasir standartlara cavab verən yanğınsöndürmə texnikaları şəxsi heyətin istifadəsinə verilmiş, eyni zamanda, yanğınsöndürən avtomobillərə qulluq üçün hər cür şərait yaradılmışdır.

Açılış mərasimlərində Fövqəladə Hallar Nazirliyinin, yerli rayon icra hakimiyyətinin nümayəndələri iştirak etmişlər.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (foto)

Məlumat verildiyi kimi, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. ...

Ardını oxu