Zəlzələ bölgəsində - Zaqatala, Balakən və Qax rayonlarında təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün çadırların (hər ailəyə 1 çadır) qurulması işi başa çatmaq üzrədir. Eyni zamanda, 12 məntəqədə zərərçəkmiş ailələrin istirahətini təmin etmək məqsədilə içərisində televizor və istirahət üçün nəzərdə tutulmuş digər əşyalar olan iri çadırlar qurulmuşdur. Evləri zərər çəkmiş ailələrə ərzaq və paltar paylanmışdır (hər ailəyə un, yağ, qənd, çay, habelə uşaq, qadın və kişi geyimləri, uşaq bezləri, diş pastası, diş fırçası, sabun və digər yuyucu vasitələr). Suya ehtiyacı olan yerlər Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı avtomobilləri ilə içməli su ilə təmin edilir. Həmçinin bölgədə nazirliyin tikinti sahəsi üzrə mütəxəssisləri, yerli icra hakimiyyəti orqanlarının və rayon maliyyə şöbələrinin nümayəndələrindən ibarət komissiyalar yaşayış və sosial obyektlərin vəziyyətini müəyyən etmək üçün işlərini davam etdirirlər.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxuAzərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. ...
Ardını oxu