Geri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti “Dalğıc” kurslarına dəvət edir!

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti I-II qrup ixtisaslı, 3-cü dərəcəli dalğıcların hazırlanması üzrə müsabiqə elan edir.

Müsabiqəyə 20-25 yaşlı, tam orta təhsilli, həqiqi hərbi xidmət keçmiş oğlanlar (ingilis dili bilənlərə üstünlük verilir) dəvət olunur.

Tədris 1 iyun 2012-ci il tarixindən başlanır və 6 ay müddətinə Xəzər Hövzə
Qəza-xilasetmə Xidmətinin Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə razılaşdırılmış Tədris Müəssisəsində müvafiq proqram əsasında aparılır.

Müsabiqədə iştirak etmək istəyənlər 25 aprel tarixindən 25 may 2012-ci il tarixinə qədər (şənbə və bazar günlərindən başqa) saat 0900-dan 1700-dək aşağıdakı sənədləri Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin sənəd qəbulu komissiyasına təqdim edə bilərlər:

  • ərizə;
  • tərcümeyi-hal;
  • 2 ədəd 3x4 ölçülü rəngli fotoşəkil;
  • şəxsiyyət vəsiqəsinin dövlət notariusunda təsdiq olunmuş surəti;
  • doğum haqqında şəhadətnamənin dövlət notariusunda təsdiq olunmuş surəti;
  • tam orta təhsil haqqında sənədin dövlət notariusunda təsdiq olunmuş surəti;
  • yaşayış  yerindən arayış;
  • sağlamlıq haqqında arayış.

Kursu bitirənlərə  müvafiq sertifikat  təqdim  olunmaqla yanaşı,  tədrisdə fərqlənənlərə Xəzər Hövzə Qəza-xilasetmə Xidmətində işlə təmin olunmaq imkanı yaradılacaqdır.

Müəssisə və təşkilatlardan ödənişli əsaslarla sifarişlər qəbul olunur.

Ünvan: Balkı şəhəri, Səbail rayonu, Buxta - 3 ( «AZFEN»  şirkətinin yanı)

Əlaqə nömrələri:

Tel: 994 (12) 512-45-40

994 (12) 512-45-17

994 (12) 512-45-02

Fax: 994 (12) 447-18-27

E-mail: xhqx@fhn.gov.az

Web: www.fhn.gov.az

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

  Xəbər verildiyi kimi, Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu