Geri

FHN Dövlət Sərhəd Xidməti ilə birlikdə Xəzər dənizində taktiki təlim keçirmişdir

Aprelin 12-dən 18-dək Fövqəladə Hallar Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birlikdə “Xəzər dənizinin Azərbaycan şelfindəki adalarda neft-qaz hasilatı rayonlarının, ixrac boru kəmərlərinin mühafizəsi, neft-qaz platformalarına qarşı təhlükə yarandıqda mühafizənin təşkili və xilasetmə əməliyyatlarının aparılması” mövzusunda taktiki təlim keçirmişdir. Təlimə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə gəmiləri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, itisürətli kater və qayıqları, hər iki qurumun helikopterləri cəlb olunmuşdur. Üç mərhələdə keçirilmiş təlimlərdə 9 taktiki epizod uğurla icra edilmişdir. Ümumilikdə 1200 nəfər hərbi qulluqçunun iştirak etdiyi taktiki təlimə 21 gəmi, 20 itisürətli kater və qayıq, 8 helikopter cəlb olunmuşdur.

Təlimdə möhkəm intizam və yüksək döyüş hazırlığı nümayiş etdirilmiş, qarşıya qoyulan vəzifələr, o cümlədən Xəzər dənizinin Azərbaycan şelfində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və xilasetmə əməliyyatlarının aparılması zamanı DSX ilə FHN-in bölmələrinin qarşılıqlı idarə olunmasında təcrübənin, qurumlararası məlumat mübadiləsinin təkmilləşdirilməsi, qarşılıqlı əlaqənin təşkili məsələləri tam həcmdə yerinə yetirilmişdir.

Təlimi Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşahidə etmişlər.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

  Xəbər verildiyi kimi, Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu