Geri

Fövqəladə hallar naziri Kür boyunca dibdərinləşdirmə işlərinin təşkili üçün Neftçalada inşa edilən əsas bazada olmuşdur

Aprelin 12-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Neftçala rayonunun İkinci Qaralı kəndində olub.

Kür boyunca dibdərinləşdirmə işlərinin təşkili üçün burada tikilən əsas bazaya baş çəkən Kəmaləddin Heydərov tikinti işlərinin gedişi ilə maraqlanıb, bazaya gətirilən gəmilərə baxıb, müvafiq tapşırıqlar verib.

Qeyd etmək lazımdır ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Neftçala rayonuna Kür çayı boyunca dibdərinləşdirən və sahilbərkidən gəmilər gətirilib. Bu gəmilər üçün Neftçala rayonunun İkinci Qaralı kəndi ərazisində əsas baza tikilir. Sabirabad, Salyan və Neftçala ərazilərində də hazırda lilçökdürmə hovuzları və yardımçı bazalar yaradılır.

Hələlik 3 gəmidən biri Kür çayının deltasındadır, ikisi isə əsas bazaya gətirilib. Çayda aparılan dibdərinləşdirmə və sahilbərkitmə işləri nəticəsində çayın dibi dərinləşdiriləcək ki, bu da Kürün daşması və qrunt sularının əhalinin evlərinə ziyan vurması risklərini azaldacaq.

Dibdərinləşdirmə işləri deltada, Sabirabad, Salyan və Neftçala rayonları ərazisində daha təhlükəli hesab olunan ümumi uzunluğu 30 km-dən çox olan hissələrdə aparılacaqdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

  Xəbər verildiyi kimi, Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu