9 mart 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Fikrət Akçuranı qəbul etmişdir.
Görüş zamanı nazir FHN və BMT-nin İnkişaf Proqramı arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə etmiş və hər iki qurum arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd etmişdir. Qonaq da öz növbəsində səmimi qəbula görə təşəkkür edərək, aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir.
Həmçinin, görüş zamanı FHN ilə BMT-nin İnkişaf Proqramı arasında “Qloblal İqlim Təşkilatı” tərəfindən təqsdiqlənmiş “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi imzalanmışdır. Layihənin məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmazlığı və daşqın təhlükələrinə qarşı hazırlığını artırmaqdır.
Görüşün sonunda FHN ilə BMT İnkişaf Proqramı arasında əməkdaşlığın hazırki vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” q aynar telefon xəttinə Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə güclü yağış səbəbindən suyun səviyyəsinin artması və ətraf ərazilərə təhlükə yaratması ilə əlaqədar məlumat daxil olub....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçaxur qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub....
Ardını oxu