Geri

Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranusun rəhbərlik etdiyi nümayəndə heyəti FHN-də olmuşdur

Ölkəmizdə rəsmi səfərdə olan Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranusun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qəbul etmişdir. Görüş zamanı Kəmaləddin Heydərov son illər Azərbaycanda həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən danışmış, nazirliyin strukturu və fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir.

Qonaq da öz növbəsində, Azərbaycanla Niderland Krallığı arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini qeyd etmiş, həmçinin, iki ölkənin müvafiq qurumları arasındakı əlaqələrin inkişafı üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyini vurğulamışdır.

Görüş zamanı, həmçinin, Azərbaycan Respublikası və Niderland Krallığı arasında su resurslarının idarə olunması, daşqınların qarşısının alınması sahəsində müzakirələr aparılmışdır.

Görüşdə Niderland Krallığının “Royal Haskoning”, “Damen Shipyards”, “Van Oord”, “Deltares”, “Witteveen en Bos” və “IHC Merwede” kimi şirkətlərin nümayəndələri də iştirak etmişlər.

Səfər proqramına uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq planlaşdırılır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” q aynar telefon xəttinə Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə güclü yağış səbəbindən suyun səviyyəsinin artması və ətraf ərazilərə təhlükə yaratması ilə əlaqədar məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçaxur qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu