Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə Sabirabad Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir

Martın 30-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə Sabirabad Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir. Kür və Araz çaylarının 2010-cu ildə daşması nəticəsində baş vermiş fəlakətin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş müşavirədə daşqından zərər çəkmiş rayonların icra hakimiyyətlərinin başçıları, əlaqədar orqanların rəhbərləri iştirak etmişlər.

Daha sonra Sabirabad rayonunun Ulacalı kəndində daşqından zərər çəkmiş əhali üçün salınmış qəsəbədə sakinlərlə görüşən Kəmaləddin Heydərov müşavirədə müzakirə olunmuş məsələlərlə bağlı məlumat vermiş, təbii fəlakətin fəsadlarının, Kür daşqınları zamanı əhaliyə dəyən zərərin aradan qaldırılması istiqamətində görülən genişmiqyaslı tədbirlərdən danışmışdır. Ötən müddət ərzində yaradılan hökumət komissiyasının fəaliyyət göstərdiyini qeyd edən nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıq və sərəncamlarına əsasən daşqından ziyan çəkmiş və bərpası mümkün olmayan fərdi yaşayış evlərinin əvəzinə həmin evlərin sakinlərinə yeni evlərin tikildiyini, habelə zəruri və sosial infrastruktur obyektləri – məktəb, uşaq baxçası, tibb və poçt məntəqələri, elektrik, su və təbii qaz təchizatı, avtomobil yolları və s. olan müasir standartlara uyğun yeni qəsəbələrin salındığını, əmlaklarına və əkin sahələrinə dəymiş ziyana görə əhaliyə kompensasiyaların ödənildiyini bildirmiş, bu işin ardıcıl olaraq davam etdirildiyini diqqətə çatdırmışdır.

2010-cu ildə Kür və Araz çaylarının daşması  nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin yeni sərəncam imzaladığını sakinlərin diqqətinə çatdıran nazir baş vermiş təbii fəlakətin fəsadlarının tamamilə aradan qaldırılması üçün zəruri tədbirlərin sürətləndiriləcəyini vurğulamışdır. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (foto)

  Xəbər verildiyi kimi, Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu