Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sürüşmə bölgəsində olmuşdur

Martın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Şamaxı rayonunun sürüşmə baş verən Muğanlı kəndində olmuşdur. Sürüşmə zonasına baxış keçirən nazir qəzaya düşmüş ərazi və evlərlə tanış olmuş, orada araşdırmalar aparan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və yerli icra hakimiyyəti orqanları rəhbərləri ilə müşavirə keçirilmişdir. Müşavirədə qərara alınmışdır ki, kəndin aktiv sürüşmə zonasında yerləşən uçmuş və qəzalı vəziyyətə düşmüş 70 evin köçürülməsi zərurəti yaranmışdır. Kəndin bütün ərazisində müvafiq geoloji tədqiqatın aparılması barədə tapşırıq verilmişdir. Qəzalı vəziyyətə düşmüş evlərin tikintisi üçün kənd sakinlərinin arzuları nəzərə alınaraq müvafiq sahə seçilmiş və orada qisa müddətdə qeoloji tədqiqatların aparılması və layihələndirilmə işlərinin başlanması üçün müvafiq tapşırıqlar verilmişdir.

Kənd sakinləri ilə görüşən Kəmaləddin Heydərov onlara bildirmişdir ki, ölkə başçısının tapşırığına əsasən onlar yeni evlər, məktəb, tibb məntəqəsi və digər sosial obyektlərlə təmin olunacaqlar.

Fövqəladə hallar naziri belə bir məqama da toxunmuşdur ki, müvafiq qurumların nümayəndələri Ağsu aşırımına baxış keçirirlər və bu gün Ağsu aşırımının yalnız minik avtomobillərinin hərəkəti üçün açılmasına icazə veriləcəkdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Dövlət Yanğından Mühafizə Xidməti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin birgə məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xidməti heyəti yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin təlim məşqini uğurla icra edib. ...

Ardını oxu