Geri

Azov dənizində qəzaya uğramış gəmidən Azərbaycan vətəndaşları xilas olunmuşdur

7 fevral 2012-ci il tarixində Bakı vaxtı ilə saat 07:40 radələrində Azov dənizində olan “Avaca 1” yük gəmisindən həyəcan siqnalının verilməsi barədə məlumat daxil olmuşdur. Ukrayna Fövqəladə Hallar Nazirliyinə istinadən yayılan məlumata görə, gəminin 12 heyət üzvündən 8 nəfəri Azərbaycan, 1 nəfəri Türkiyə, 3 nəfəri isə Ukrayna vətəndaşıdır.

Ukrayna Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən alınan məlumata əsasən, görülmüş tədbirlər nəticəsində yerli vaxtla saat 07:35 radələrində gəminin heyət üzvləri, o cümlədən 8 nəfər Azərbaycan vətəndaşı xilas olunmuşlar. Xilas olunmuş azərbaycanlı dənizçilərin Simferopola aparıldığı qeyd olunmuşdur.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, soyuq və yağıntılı keçəcəyi proqnozlaşdırılır. ...

Ardını oxu

FHN Dövlət Yanğından Mühafizə Xidməti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin birgə məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı birgə təlim keçirib. Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Liman ərazisində keçirilən təlimdə yanğın zamanı köçürmə planı üzrə hərəkətlər uğurla icra edib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu