Geri

Türkiyə Respublikasının daxili işlər naziri cənab İdris Naim Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti FHN-də olmuşdur

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının daxili işlər naziri cənab İdris Naim Şahinin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qəbul etmişdir. Görüş zamanı nazir Kəmaləddin Heydərov Azərbaycanın son illərdə sosial-iqtisadi həyatın bütün sferalarında əldə etdiyi nailiyyətlərdən danışmış, habelə Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir.

Qonaq da öz növbəsində, Azərbaycanla Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini və bunun təqdirəlayiq olduğunu qeyd etmiş, iki ölkənin fövqəladə halların idarə olunması sahəsində müvafiq qurumları arasındakı mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin, müxtəlif görüşlərin, treninqlərin, təlimlərin keçirilməsinin vacibliyini bildirmişdir. O, həmçinin, Azərbaycan xilasedicilərinin Türkiyənin Van vilayətində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı göstərdikləri fədakarlığa görə təşəkkür etmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mülki müdafiə qoşunlarının gənc əsgərlərinin psixoloji müayinəsi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Nazirliyin psixoloqları tərəfindən Mülki müdafiə qoşunlarına müddətli həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin psixoloji müayinəsi aparılıb ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu