Geri

Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir

Son günlər havaların kəskin soyuması nəticəsində su hövzələrində (Xəzər dənizində, göllərdə, çaylarda və digər su tutar yerlərdə) suyun üzünü buz  təbəqəsinin örtməsi və həmin təbəqənin üzərinə əlavə qarın yağması nəticəsində su hövzələrinin sahil zolağında hərəkət üçün təhlükəli şərait yaranmışdır. Təəssüflər olsun ki, bəzi vətəndaşlar bu cür təhlükəli vəziyyəti düzgün qiymətləndirməyərək  həmin ərazidən əylənmək üçün istifadə etməyə çalışırlar.

Belə ki, üzəri buzla örtülmüş su hövzələrinin üzərində əyləncə məqsədi ilə sürüşmək (xizəklə və ya xizəksiz), qaçmaq, yerimək, balıq tutmaq, müxtəlif nəqliyyat vasitələrini oraya çıxarmaq, ümumiyyətlə, bütün növ hərəkətlər insan həyatı üçün böyük təhlükə yaratmış olar.

Fövqəladə Hallar Nazirliyi vətəndaşları bu cür su hövzələrində donmuş  sahil zolağından uzaq durmağa və azyaşlı uşaqların bu kimi yerlərə yaxınlaşmamasına xüsusi diqqət yetirməyə çağırır. Əgər bu kimi hadisənin baş verdiyi müşahidə olunarsa, vətəndaşlardan təcili olaraq FHN-in “112” qaynar  xəttinə zəng etmələri və ya əraziyə yaxın FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasetmə məntəqələrinə məlumat vermələri xahiş olunur.

Digər məlumatlar

Prezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub (YENİLƏNİB)

Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib

6-8 dekabr 2022-ci il tarixlərində Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib....

Ardını oxu