Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılığı ilə nazirliyin nümayəndə heyəti Rusiya Federasiyasında səfərdə olmuşdur

27 dekabr 2012-ci il tarixində Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldirilmasi nazirliyi tərəfindən “Xilasedicilər Günü” münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə nazir Vladimir Andreyeviç Puçkovun dəvəti ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Rusiya Federasiyasında səfərdə olmuşdur.

Səfər çərçivəsində Moskva şəhərində yerləşən xilasedicilərin şərəfinə ucaldılmış abidə ziyarət edilmiş və abidənin önünə əklil qoyulmuşdur.

Daha sonra Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirliklərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilmişdir. Görüş zamanı müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Görüşdə, həmçinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldirilmasi nazirliyi arasında əməkdaşlıq əlaqələrinin inkişafında fərqləndiklərinə görə qarşılıqlı olaraq təltif edilmiş hər iki nazirliyin əməkdaşlarına medal və döş nişanları təqdim edilmişdir.

 

  

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (foto)

  Xəbər verildiyi kimi, Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu