Geri

FHN Maddi-Texniki Təchizat İdarəsinin inzibati binasının açılışı olub

Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən inzibati binasının açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak edib.

İdarənin binası ilə tanış olan nazir Kəmaləddin Heydərova burada yaradılmış
şərait barədə məlumat verilib. Binanın müasir tələblərə cavab verdiyi
qeyd olunub.

Fövqəladə hallar naziri, həmçinin, binada yerləşən iş otaqlarına və anbarlara baxıb. Nazir idarədə yerləşən Fövqəladə Hallar Nazirliyinin avtomobilləri üçün avtoservis xidməti ilə də tanış olub.

 

 

 

 

 

 

Digər məlumatlar

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

19 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Alaşar kəndi yaxınlığında mürəkkəb relyefə malik dağlıq və meşəlik ərazidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib (video, foto)

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib....

Ardını oxu