Geri

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 7 illiyi qeyd edillib

Dekabrın 15-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının yeddinci  ildönümü və işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Əvvəlcə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılığı ilə nazirliyin kollektivi Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra onlar Şəhidlər Xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsini anaraq məzarları üzərinə gül dəstələri qoyublar.

Fövqəladə Hallar Nazirliyində keçirilən təntənəli iclas Azərbaycanın Dövlət himninin səslənməsindən sonra işinə başlayıb. Mərasimi açıq elan edən fövqəladə hallar naziri general-polkovnik  Kəmaləddin Heydərov  Fövqəladə Hallar Nazirliyinin yaradılmasının yeddinci ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edərək, onlara uğurlar arzulayıb.

Daha sonra nazir Kəmaləddin Heydərov 2012-ci  ilin ötən dövrü ərzində nazirliyin fəaliyyət istiqamətlərinə uyğun görülmüş işlər və həyata keçirilmiş tərbirlərdən danışıb, nazirliyə göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısına səxsi heyət adından təşəkkürünü bildirib.

Sonra əlamətdar gün ərəfəsində nazirliyin bir qrup əməkdaşına ali hərbi və ali xüsusi rütbələrin, orden və medalların, fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar oxunub. Həmçinin, nazirliyin xidmətdə fərqlənən əməkdaşları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə təltif olunublar.

Sonda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevə müraciət qəbul olunub.

 

 

 

 

 

 

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (foto)

  Xəbər verildiyi kimi, Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu