Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin yeni 6 mərtəbəli inzibati binası istifadəyə verilib. Açılış mərasimində iştirak edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov burada yaradılmış şəraitlə tanış olub.
Nazir əvvəlcə binanın birinci mərtəbəsində yerləşən elektron kitabxana ilə tanış olub. Burada nazir K.Heydərova Agentlikdə son illər aparılan elektron sənəd dövriyyəsi, bu sahədə yaradılan proqram təminatı barədə məlumat verilib. Qeyd olunub ki, artıq Agentlik vətəndaşlardan sənədlərin elektron qəbuluna başlayıb. Yaradılmış şərait sənədləşmə işlərinin aparılmasında şəffaflığı təmin edir. Daha sonra nazir binadakı xidməti otaqlara baxıb. Agentliyin rəisi Cəbrayıl Xanlarov bildirib ki, binada işçilərin fəaliyyəti üçün hər bir şərait yaradılıb. Bundan başqa, binada yeməkxana, idman zalı fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Limanı Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində növbəti birgə təlimi uğurla icra edib. ...
Ardını oxu