Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi Nəvaf Əl Sleybinin dəvəti ilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Böyükbəy oğlu Mirzəyevin rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 28-29 noyabr 2012-ci il tarixlərində Cenevrə şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assembleyasının 20-ci sessiyasında iştirak etmişdir.
Səfər çərçivəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin müzakirə edilməsi məqsədilə bir sıra ikitərəfli görüşlər keçirilmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Limanı Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində növbəti birgə təlimi uğurla icra edib. ...
Ardını oxu