Geri

FHN-də Türkiyə Respublikasının Azərbaycandakı səfiri ilə görüş olmuşdur

8 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkunu qəbul etmişdir.

Görüş zamanı nazir fövqəladə hallar nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat vermişdir. O, həmçinin, Azərbaycan FHN ilə Türkiyənin müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etmişdir.

Qonaq öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və hər iki dövlətin uyğun qurumları arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının vacibliyini vurğulamışdır.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycanla Türkiyə arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN-in əməkdaşları paramedik kurslara cəlb edilib

Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində təməl həyat dəstəyi və ilkin yardım biliklərinin artırılması mövzusunda keçirilən paramedik kurslara cəlb edilib. ...

Ardını oxu