Geri

FHN-də İran İslam Respublikasının səfiri ilə görüş keçirilmişdir

8 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pak Ayini qəbul etmişdir.

Görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən lahiyələr barədə ətraflı məlumat vermişdir. Həmçinin, Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının müvafiq qurumları arasında əlaqələrin inkişafının vacibliyini vurğulamışdır.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və əməkdaşlığın dərinləşməsi üçün səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

  Xəbər verildiyi kimi, Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu