Geri

FHN-də Bolqarıstan Respublikası Regionların inkişafı və abadlıq naziri ilə görüş olmuşdur

5 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bolqarıstan Respublikası Regionaların inkişafı və abadlıq naziri xanım Lilyana Pavlova Nikolova ilə görüşmüşdür.

Görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Bundan başqa, nazir ölkədə təbii fəlakətlər nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədilə həyata keçirilən tikinti-quruculuq işləri, həmçinin, tikintidə təhlükəsizliyin təmin olunması sahəsində görülən tədbirlər barədə ətraflı məlumat vermişdir.

Qonaq öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd edərək, bu sahədə birgə səylərin gücləndirilməsinin əhəmiyyətindən danışmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (foto)

  Xəbər verildiyi kimi, Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu