Geri

FHN-də Latviyanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur

Noyabr ayının 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Latviya Respublikasının Baş naziri cənab Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazir görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Həmçinin, nazir Kəmaləddin Heydərov cari ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Latviyanın daxili işlər nazirinin ölkəmizə etdiyi rəsmi səfərin və əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi ilə cari ilin may ayında nazirliyin nümayəndə heyətinin onun rəhbərliyi altında Latviya Respublikasında rəsmi səfərdə olmasının əlaqələrin daha da inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Baş nazir də öz növbəsində, səmimi görüşə görə təşəkkürünü bildirmiş və ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Daha sonra Latviya Respublikasının Baş naziri cənab Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

  Xəbər verildiyi kimi, Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu