Geri

Nazir Kəmaləddin Heydərov zəlzələ baş vermiş şimal-qərb bölgəsində olub

Ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi və əlaqədar dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilir. Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov noyabrın 15-də yenidən zəlzələ bölgəsinə gedib. Nazir K.Heydərov zəlzələdən zərər çəkən Zaqatala və Balakən rayonlarının bir sıra kəndlərində olub, qəzalı vəziyyətdə olan evlərlə, tikinti işlərinin gedişi ilə maraqlanıb. Balakən rayonundakı Püştətala kənd ibtidai məktəbinin, Zaqatala rayonundakı Mamrux və Faldar kənd tam orta məktəblərinin açılışlarında iştirak edən fövqəladə hallar naziri, həmçinin, həmin kəndlərdə tikintisi başa çatan mənzillərin açarlarını da sakinlərə təqdim edib.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN-in əməkdaşları paramedik kurslara cəlb edilib

Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində təməl həyat dəstəyi və ilkin yardım biliklərinin artırılması mövzusunda keçirilən paramedik kurslara cəlb edilib. ...

Ardını oxu