Geri

FHN nümayəndə heyəti Çexiya Respublikasında səfərdə olmuşdur

29-30 oktyabr 2012-ci il tarixlərində Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi nazirliyin nümayəndə heyəti Çexiya Respublikasında səfərdə olmuşdur.

Səfərin həyata keçirilməsində məqsəd Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Çexiya Respublikasının müvafiq qurumları arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq əlaqələrinin qurulması olmuşdur.

Səfər çərçivəsində Çexiya Respublikası daxili işlər nazirinin birinci müavini cənab Yaroslav Hruska ilə nümayəndə heyətlərinin və Azərbaycan Respublikasının Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tahir Tağızadənin birgə iştirakı ilə görüş keçirilmişdir. Görüş zamanı cənab Yaroslav Hruska Çexiya ərazisində fövqəladə halların idarə olunması və mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermişdir. Daha sonra Azərbaycan Respublikasında son illər təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülmüş işlər barədə qarşı tərəfə geniş məlumat verilmişdir. Görüş zamanı gələcəkdə nazirliklər arasında təcrübə mübadiləsinin aparılması, həmçinin, birgə təlim və tədbirlərin keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Səfər çərçivəsində Çexiya Respublikasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işi ilə məşğul olan bir sıra qurumların fəaliyyəti ilə tanışlıq olmuşdur.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN-in əməkdaşları paramedik kurslara cəlb edilib

Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində təməl həyat dəstəyi və ilkin yardım biliklərinin artırılması mövzusunda keçirilən paramedik kurslara cəlb edilib. ...

Ardını oxu