Geri

Fövqəladə Hallar Nazirliyində Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar ilə görüş olmuşdur

23 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstarı qəbul etmişdir.

Nazir, ilk növbədə, ölkəmizə yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayaraq səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir. Görüş zamanı qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Həmçinin, ötən illər ərzində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın fövqəladə halların idarə edilməsi sahəsində məsul dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyi səfirin diqqətinə çatdırılmışdır.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN-in əməkdaşları paramedik kurslara cəlb edilib

Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində təməl həyat dəstəyi və ilkin yardım biliklərinin artırılması mövzusunda keçirilən paramedik kurslara cəlb edilib. ...

Ardını oxu