Geri

FHN-də Fransa Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilmişdir

18 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye ilə görüşmüşdür.

Görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan və Fransanın fövqəladə halların idarə edilməsi üzrə məsul dövlət qurumları arasındakı əlaqələrdən danışmışdır. O, iki ölkənin müvafiq qurumları arasında imzalanmış sazişlərdən irəli gələn məsələlərin həllindən danışaraq nazirliyin maddi-texniki imkanlarının artırılmasında Fransa şirkətlərinin istehsal etdiyi avadanlıqların mühüm rol oynadığını qeyd etmişdir. Nazir, həmçinin, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirmişdir.

Görüşdə nazir Kəmaləddin Heydərov səfirə fəaliyyətində uğurlar arzulamış, səfirin diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və Fransanın Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN-in əməkdaşları paramedik kurslara cəlb edilib

Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində təməl həyat dəstəyi və ilkin yardım biliklərinin artırılması mövzusunda keçirilən paramedik kurslara cəlb edilib. ...

Ardını oxu