Geri

FHN-də İsrail Dövlətinin səfiri ilə görüş keçirilmişdir

16 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İsrail Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz ilə görüşmüşdür.

Görüş zamanı nazir Kəmaləddin Heydərov, ilk növbədə, ölkəmizə yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayaraq səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir. Nazir daha sonra Fövqəladə Hallar Nazirliyi və onun tabeliyində olan qurumların fəaliyyəti haqqında qonağı məlumatlandırmışdır.

Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və İsrail Dövlətinin Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini və əməkdaşlığın dərinləşməsi üçün səylər göstərəcəyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu