Görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat vermiş, həmçinin, FHN və ATƏT arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə etmiş və neft dağılmalarına qarşı hazırlıq sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışdır.
ATƏT-in Bakı ofisinin rəhbəri cənab Koray Tarqay da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və hər iki qurum arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd etmişdir.
Görüşdə FHN ilə ATƏT arasında əməkdaşlığın hazırki vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Xətai” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 29 sentyabr 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin əməkdaşları Gürcüstanın Tbilisi şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 3-cü fazası (PPRD East3) çərçivəsində keçirilən beynəlxalq tədbirdə iştirak ediblər. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə paytaxtın 20 nömrəli orta məktəbində Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsinin təşkili məsələlərinə dair tədbir keçirilib. ...
Ardını oxu