11 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab İnayatullah Kakarı qəbul etmişdir.
Görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, həmçinin, fövqəladə halların idarə edilməsi sahəsində nazirliyin beynəlxalq əlaqələri barədə qonağa ətraflı məlumat vermişdir. Bununla yanaşı, Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının müvafiq qurumları ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini xüsusi qeyd etmişdir.
Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və ötən il Pakistan İslam Respublikasında baş vermiş daşqınlar zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilmiş humanitar yardımı yüksək qiymətləndirmişdir. Səfir, həmçinin, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Xətai” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 29 sentyabr 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin əməkdaşları Gürcüstanın Tbilisi şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 3-cü fazası (PPRD East3) çərçivəsində keçirilən beynəlxalq tədbirdə iştirak ediblər. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə paytaxtın 20 nömrəli orta məktəbində Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsinin təşkili məsələlərinə dair tədbir keçirilib. ...
Ardını oxu