Fövqəladə Hallar Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı”na müvafiq olaraq 26 sentyabr 2011-ci il tarixində Akademiyada təntənəli mərasim keçirilmişdir.
Mərasimdə millət vəkili Sevinc Fətəliyeva, nazirliyin məsul əməkdaşları, Akademiyanın Valideynlər Şurasının üzvləri iştirak etmişlər.
Millət vəkili Sevinc Fətəliyeva mərasimdə çıxış edərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün ölkəmizin həyatında müstəsna əhəmiyyətli ictimai-siyasi hadisə olduğunu qeyd etmiş, ötən illər ərzində Azərbaycanda bütün istiqamətlərdə həyata keçirilən uğurlu quruculuq işlərindən danışmışdır.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov çıxışında dövlət müstəqilliyimizin əbədi və dönməz xarakter almasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət nəticəsində müstəqil Azərbaycanın daha sürətli və dinamik inkişafı barədə mərasim iştirakçılarına geniş məlumat vermişdir.
Mərasimin sonunda Akademiyanın xalq çalğı alətləri ansamblı konsert proqramı ilə çıxış etmişdir.
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....
Ardını oxuEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu