Geri

FHN-də Belçika Krallığının səfiri ilə görüş keçirilmişdir

28 sentyabr 2011-ci il tarixində Azərbaycan Respublikası fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Luk Truyensi qəbul etmişdir. Görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda nazirlik tərəfindən həyata keçirilən və keçirilməsi planlaşdırılan layihələr, görülən işlərin beynəlxalq normalara cavab verən səviyyədə olması üçün nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işlər barədə geniş məlumat vermişdir.

Səfir də öz növbəsində hər iki dövlətin müvafiq qurumları arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün birgə səylər göstərəcəyini vurğulamışdır.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı N saylı hərbi hissədə görüş keçirib

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....

Ardını oxu

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu