Geri

Nazirliyin nümayəndə heyəti Xəzər dənizin şimal hissəsində "Xəzər-2011" adlı beynəlxalq kompleks təlimdə iştirak edəcəklər

29-30 sentyabr 2011-ci il tarixlərində Xəzər dənizinin şimal hissəsində, "LUKOIL" ASC-nin Yuri Korçagin adına neftçıxarma platforması rayonunda "Stasionar neftçıxarma platformasının ərazisində tankerin naməlum gəmi ilə toqquşması nəticəsində yaranmış fövqəladə halların nəticələrinin aradan qaldırılmasında Azərbaycan Respublikası, Rusiya Federasiyası və Qazaxıstan Respublikasının aidiyyəti qurumlarının və xilasetmə xidmətlərinin birgə fəaliyyətlərinin təşkili" adlı təlim keçiriləcək.

Tədbirdə Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliklərinin qüvvə və vasitələri ilə yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti, əməliyyat qrupu, axtarış-xilasetmə qrupu, rabitə vasitələri, "Vixr" yanğınsöndürmə gəmisi, qəza qrupu, "BE-200 ÇS" amfibiya təyyarəsi də iştirak edəcəkdir.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı N saylı hərbi hissədə görüş keçirib

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....

Ardını oxu

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu