FHN Dövlət Sularda Xilasetmə Xidmətinin ardıcıl fəaliyyəti nəticəsində 2011-ci il yay çimərlik mövsümündə su hövzələrində baş vermiş bədbəxt hadisələrin, boğulma hallarının sayı xeyli azalmışdır. Cari ildə 310 nəfər, o cümlədən iyun ayının 1-dən sentyabr ayının 15-dək ölkəmizin su hövzələrində 296 nəfər suda boğularkən xilas olunmuşdur.
Yay çimərlik mövsümünə hazırlıq işləri ildən-ilə təkmilləşdirilir. Xidmətin yeni, ən müasir standartlara uyğun texnika və avadanlıqlarla təchiz olunması işlərin daha yüksək səviyyədə təşkili üçün imkan yaratmışdır. Cari ilin yay çimərlik mövsümünə hazırlıq ilin əvvəlindən başlanmışdır.
Xidmətin əməkdaşları tərəfindən aparılmış təhlillər göstərmişdir ki, baş vermiş bədbəxt hadisələrin böyük əksəriyyəti vətəndaşların məlumatsızlığı və ehtiyatsızlığı, çimərlik üçün nəzərdə tutulmamış yerlərdə çimmə, üzə bilməmələri, suya sərxoş vəziyyətdə daxil olmaları və suda davranışın elementar qaydalarından xəbərsiz olmaları səbəbindən baş vermişdir. Məsələn, bu il su hövzələrində baş vermiş 54 bədbəxt hadisədən (o cümlədən, yay mövsümündə 46) 46 nəfərin boğulma faktı çimərlik üçün yararsız, çimmək üçün qadağan olunmuş su hövzələrində qeydə alınmışdır. Bunlardan, 16 nəfər Xəzər dənizinin qeyri-çimərlik ərazisində, 15 nəfər su kanallarında, 10 nəfər çaylarda, 4 nəfər göllərdə, 1 nəfər su anbarında həlak olmuşdur. Bunlardan isə 15 ölüm hadisəsi üzə bilməməklə, 6-sı isə spirtli içki qəbulu ilə bağlı olmuşdur.
Bütün bu faktlar əvvəlcədən nəzərə alınaraq əsas səylər maarifləndirmə məsələlərinə yönəldilmişdir. İşlər bir neçə istiqamətdə planlaşdırılıb həyata keçirilmişdir. Əsas diqqət vətəndaşlar, xüsusilə də gənclər, yeniyetmələr və uşaqlar arasında izahedici və profilaktik tədbirlərə yönəldilmişdir. Keçirilmiş tədbirlərdə əsas məqsəd onların fərdi təhlükəsizliyi, eləcə də xilasetmə işləri sahəsində biliklərinin artırılması, müvafiq vərdiş və bacarıqların aşılanmasından ibarət olmuşdur. Digər əsas fəaliyyət istiqaməti isə müxtəlif təbliğat vasitələrindən daha fəal istifadə ilə əlaqədar olmuşdur. Müasir üslubda hazırlanmış təbliğat məzmunlu lövhələr, məntəqə və postlarda quraşdırılmış maarifləndirmə guşələri öz səmərəsini göstərmişdir.
Əhali arasında kütləvi təbliğat işlərinin aparılması üçün plakatlar, buklet və broşürlər hazırlanmış, sərnişin nəqliyyatı vasitələrində, o cümlədən Bakı metropolitenin qatarlarında yerləşdirilmişdir.
Vətəndaşlarla, respublikanın müxtəlif təhsil müəssisələrində tələbə və şagirdlərlə
keçirilmiş çoxsaylı görüşlərdə onlara sularda təhlükəsizlik və davranış qaydaları barədə ətraflı məlumat verilmiş, maarifləndirici materiallar paylanılmışdır.
Eyni zamanda, çimərliklərdən əhalinin çimmək üçün üz tutduğu su hövzələrinin sahilində mövsümi sularda xilasetmə postları təşkil edilmiş, sularda boğulma hallarının qarşısının alınması üçün digər qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
Görülmüş işlərin nəticəsi olaraq, 2011-ci il yay çimərlik mövsümündə ölkə ərazisində suda boğulma hallarının sayı ötən illərlə müqayisədə xeyli azalmış, 2010-cu ildəki 93 nəfərə qarşı 54 nəfər təşkil etmişdir.
Hazırda Xidmətin müvafiq bölmələrində cari ilin ilkin yekunlarının təhlili aparılır. Əldə edilmiş nəticələr, növbəti ildə su hövzələrində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılacaq profilaktik tədbirlərin təşkilində istifadə ediləcəkdir.
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....
Ardını oxuEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu