Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yeni tədris ilinin başlanması təntənə ilə qeyd olunmuşdur

 Sentyabrın 15-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar mərasim keçirilmişdir.

Mərasimdən əvvəl Akademiyanın şəxsi heyəti Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşdur. Ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı da ziyarət edilmiş, şəhid məzarlarının üzərinə tər qərənfillər düzülmüşdür.

Akademiyada yeni tədris ilinin başlanması ilə əlaqədar şəxsi heyətin təntənəli mərasimə düzülməsi haqqında Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova raport verildikdən sonra tədbir açıq elan edilmişdir. Azərbaycanın Dövlət himni ifa edilmiş, Dövlət bayrağımız meydana gətirilmişdir.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Akademiyaya yeni qəbul olunmuş kursantları təbrik etmiş, nazirliyin yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasında bu təhsil müəssisəsinin önəmli rolu olduğunu vurğulamışdır. Nazir Kəmaləddin Heydərov Akademiyada yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkür etmişdir. Sonra kursantların qarşısında duran vəzifələrdən danışan nazir, onların elmi və praktiki biliklərə ciddi-cəhdlə yiyələnəcəklərinə, milli hərbi ruhlu layiqli mütəxəssislər kimi yetişəcəklərinə əmin olduğunu söyləmişdir.

Sonra Akademiyanın 3-cü kurs kursantları Akademiyaya qəbul olunmuş kursantlardan bir qrupuna kursant paqonlarını və çantalarını təqdim etmişlər.

Mərasimin sonunda kursantlar tərəfindən yanğınsöndürmə avtomaşını ilə açılış, alpinist və qəza-xilasetmə əməliyyatları nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı N saylı hərbi hissədə görüş keçirib

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....

Ardını oxu

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu