Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirilmiş "Riskə məruz qalma ehtimalı olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi" layihəsinin başa çatması ilə bağlı 9 avqust 2011-ci il tarixində Bakı şəhərində yekun tədbir həyata keçirilmişdir. Tədbirdə hər üç qurumun, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Tədbir zamanı layihənin yekununa dair icmal, görülmüş işlər, o cümlədən fəlakət riskinin azaldılması komponentinin təhsil proqramına daxil edilməsi mövzularında təqdimatlar dinlənilmişdir.
Tədbirdə, həmçinin, Bakı, Şamaxı, Şəki, Zaqatala, Sabirabad və Saatlı rayonları üzrə seçilmiş on pilot məktəbdə layihənin başlanğıcında və sonunda fövqəladə hallar və onlara hazırlıq mövzularında həyata keçirilmiş sorğunun nəticələri barədə məlumat verilmiş və bu istiqamətdə layihə ərzində əhəmiyyətli dərəcədə inkişafın qeydə alındığı bildirilmişdir.
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....
Ardını oxuEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu